Başqırd oxu
Başqırd oxu (rus. Башкирская стрела) – artefakt, Türingiyanın Şvarsa torpağında, Müqəddəs Laurensiya Lüteran kilsəsinin təpəsində ox.
== Tarixi ==
Bu tarix 1813-1814-cü illər rus ordusunun xarici yürüşləriylə bağlıdır. 14 aprel 1814-cü il başqırd döyüşçüləri (o vaxtkı adları ilə desək şimal amurları) Şvarsburq-Rudolştadtın (Almaniya) imperator knyazlığının əraziləri vasitəsilə vətənə qayıdaraq, şahzadə Karl Hünterin (imperiya knyazı Qyuntera I Fridrixinin oğulu) dəvəti ilə Şvarsa kəndinə gəldi, harada ki, Müqəddəs Laurensiya kilsəsinin həyətində toplaşmış yerli sakinlər onları qarşıladılar.
Karl Hünter Başqırd oxlarının döyüş qabiliyyətindən şübhələndi və Lüteran kilsəsi istiqamətində bir ox vurmağı təklif etdi. Başqırdlar məbədə ox vurmağa cəsarət etməyərək yerli kahinə təəccüblə baxdılar, ancaq o razılıqla başını salladı. Belə olduqda döyüşçülərdən biri gərilmiş yaya oxu qoydu, lüteran kilsəsinə tərəf atdı, ox damın metal tikməsini deşdi..
Taxta ox artıq çoxdan çürüyüb, amma almanlar, başqırd Batırlarının qoçaqlığını tarixə köçürmək üçün həmin oxun metal surətini hazırlamışdılar. Bu ox uzun illər Şvarsa şəhərciyində "Müqəddəs Laurensiya Kilsəsi" günbəzində nümayiş etdirilmişdir.
Başqırd yazıçısı Yanıbaya Xammatovanın "Şimal Amurları" tarixi romanında 1812-1814-cü illərdə rus ordusunun Napoleon ordusuna qarşı genişmiqyaslı hərbi əməliyyatlarından bəhs olunur.